...

ABŞ-nin Venesuelaya hücum etmək planı yoxdur - Tramp

Dünya xəbərləri Materials 31 Oktyabr 2025 21:16 (UTC +04:00)
ABŞ-nin Venesuelaya hücum etmək planı yoxdur - Tramp

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp Venesuela ərazisinə zərbələr endirməyi düşünmədiyini bildirib.

Trend-in məlumatına görə, bu barədə D.Tramp Venesuela ərazisinə hücum planları ilə bağlı suala cavab olaraq "Air Force One" təyyarəsindəki jurnalistlərə deyib.

"Xeyr", - deyə ABŞ prezidenti bildirib.

Qeyd edək ki, bundan əvvəl "The Miami Herald" qəzeti mənbələrə istinadən Tramp administrasiyasının Venesueladakı hərbi hədəflərə hücum etmək qərarına gəldiyini barədə məlumat verib. Qəzet bildirib, bu zərbələr yaxın günlərdə və ya hətta saatlarda baş verə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti