...

İranda qaz balonları sexində yanğın baş verib

Dünya xəbərləri Materials 2 Noyabr 2025 01:04 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İranın Şiraz şəhərində maye qaz balonlarının doldurulması və satışı ilə məşğul olan sexdə yanğın qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə Şiraz Bələdiyyəsinin Yanğın və Təhlükəsizlik Təşkilatı məlumat yayıb.

Bildirilib ki, Cavadiyyə rayonunda yerləşən, ümumi sahəsi 1000 kvadratmetr olan sexdə irimiqyaslı yanğın baş verib. Hadisə yerinə 11 yanğınsöndürən maşın cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alov qısa müddətdə söndürülüb.

İlkin məlumatlara görə, yanğın zamanı 9 nəfər xəsarət alıb, onlardan 2-si xəstəxanaya yerləşdirilib. Hadisənin səbəbləri araşdırılır.

Xəbər lenti

Xəbər lenti