Bakı. Trend:
Rusiyanın Severodvinsk şəhərində “Xabarovsk” atom sualtı qayığı suya endirilib.
Trend xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi “Telegram” kanalında məlumat yayıb.
Bildirilib ki, suya buraxılma mərasiminə müdafiə naziri Andrey Belousov rəhbərlik edib.
Nazirliyin məlumatına görə, “Xabarovsk” atom sualtı qayığı müxtəlif növ silahlarla, o cümlədən müxtəlif təyinatlı robotlaşdırılmış vasitələrlə təchiz olunub.
