...

Almaniya Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemləri göndərib

Dünya xəbərləri Materials 2 Noyabr 2025 19:27 (UTC +04:00)
Almaniya Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemləri göndərib

Bakı. Trend:

Almaniya Ukraynaya əlavə “Patriot” hava hücumundan müdafiə sistemləri göndərib.

Trend xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski öz Telegram səhifəsində məlumat verib.

“Biz Ukraynanın hava hücumundan müdafiə imkanlarını “Patriot” sistemi ilə daha da gücləndirdik. Bir müddətdir hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsinə hazırlaşırdıq və indi əldə olunan razılaşmalar artıq icra olunub”, – Zelenski qeyd edib.

Xəbər lenti

Xəbər lenti