Bakı. Trend:
Romanın mərkəzində yerləşən orta əsr "Torre dei Conti" qülləsinin uçması nəticəsində dağıntılar altında qalan fəhlə xilas edilib.
Trend xəbər verir ki, bu barədə "ANSA" agentliyi məlumat yayıb.
66 yaşlı işçi 10 saatdan çox davam edən axtarış-xilasetmə əməliyyatından sonra dağıntılar altından çıxarılaraq xəstəxanaya aparılıb.
Hadisə noyabrın 3-də, saat 12:00 radələrində baş verib. Qüllədə təmir-bərpa işləri aparıldığı üçün ərazi maneələrlə əhatə olunmuşdu. Uçqun zamanı yaranan toz onlarla metr məsafəyə yayılıb, prospekt isə təhlükəsizlik məqsədilə piyadalar üçün bağlanıb.
Hadisə zamanı ərazidə yalnız yenidənqurma işlərində iştirak edən fəhlələr olub.
xxx
02:31
İtaliyanın paytaxtı Romada yerləşən İmperator Forumundakı “Torre dei Konti” adlı tarixi tikilinin bir hissəsinin uçması nəticəsində bir işçi dağıntılar altında qalıb.
Trend xəbər verir ki, mülki müdafiə qüvvələri axtarış-xilasetmə əməliyyatını davam etdirir.
Məlumata görə, dağıntılar altında qalan 66 yaşlı rumıniyalı işçini xilas etmək üçün zamana qarşı yarış aparılır. Xilasedicilər onunla səsli əlaqə saxlaya biliblər.
Hadisə zamanı tikilinin tamamilə çökmə riski yüksək qiymətləndirilir. Faktla bağlı cinayət işi açılıb.
IX əsrin əvvəllərində inşa edilən tarixi qüllənin bir hissəsi təmir-bərpa işləri aparılarkən uçub. Nəticədə dörd nəfər xəsarət alıb. Daha sonra aparılan xilasetmə əməliyyatı zamanı tikilinin digər hissəsi də çöküb, dağıntılar altından iki nəfər sağ çıxarılıb.
