...

Suriya İŞİD-ə qarşı mübarizədə Qərb koalisiyası ilə əməkdaşlıq edəcək

Dünya xəbərləri Materials 11 Noyabr 2025 02:04 (UTC +04:00)
Suriya İŞİD-ə qarşı mübarizədə Qərb koalisiyası ilə əməkdaşlıq edəcək

Bakı. Trend:

Suriya İŞİD terror qruplaşmasına qarşı mübarizədə ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya ilə əməkdaşlıq etməyə razılıq verib.

Trend-in məlumatına görə, bu barədə Suriya keçid hökumətinin informasiya naziri Həmzə Mustafa məlumat verib.

"Suriya İŞİD-ə qarşı mübarizə aparan beynəlxalq koalisiya ilə siyasi əməkdaşlıq bəyannaməsi imzalayaraq, terrorizmlə mübarizədə və regional sabitliyin qorunmasında tərəfdaş kimi rolunu bir daha təsdiqləyib", - deyə nazir "X" sosial şəbəkəsində yazıb.

Mustafa vurğulayıb ki, "saziş siyasi xarakter daşıyır və hələlik hərbi komponent ehtiva etmir".

Xəbər lenti

Xəbər lenti