...

Suriya İsrail ilə münasibətlərin normallaşdırılmasını hazırda müzakirə etmir - əl-Şaraa

Dünya xəbərləri Materials 11 Noyabr 2025 07:08 (UTC +04:00)

Bakı. Trend:

Suriya hakimiyyəti hazırda Dəməşqin İsrail ilə münasibətlərin normallaşdırılmasını nəzərdə tutan Avraam müqavilələrinə qoşulması ilə bağlı danışıqlar aparmağı planlaşdırmır.

Trend-in məlumatına görə, bu barədə Suriyanın keçid dövrünün prezidenti Əhməd əl-Şaraa deyib.

"Suriyadakı vəziyyət Avraam müqavilələrinə qoşulan ölkələrin vəziyyətindən fərqlənir. Suriya 1967-ci ildən bəri Colan Təpələrini işğal edən İsraillə həmsərhəddir. Hazırda birbaşa danışıqlara girmək niyyətində deyilik", - deyə o "Fox News" telekanalına müsahibəsində bildirib.

Eyni zamanda, əl-Şaraa gələcəkdə ABŞ prezidenti Donald Tramp və onun administrasiyasının vasitəçiliyi ilə bu cür əlaqələrin baş tuta biləcəyini deyib.

Xəbər lenti

Xəbər lenti