Bakı. Trend:
Rusiyanın Çeçenistan Respublikasının İşxoy-Yurt kəndində yaşayış binasının eyvanının çökməsi nəticəsində ən azı 84 nəfər xəsarət alıb.
Trend xəbər verir ki, bu barədə respublikanın səhiyyə naziri Adam Alxanov məlumat verib.
Nazirin sözlərinə görə, 43 yaralı xəstəxanaya yerləşdirilib, onlardan ikisinin vəziyyəti ağırdır və reanimasiya şöbəsində müalicə olunur.
Bildirilib ki, hadisə matəm mərasimi zamanı baş verib. Şahidlərin dediklərinə görə, bir neçə insan şəxsi evin taxta eyvanından mərasimi izlədiyi anda eyvan qəfil çöküb.
Çeçenistan Prokurorluğu hadisə ilə bağlı araşdırmaya başlayıb.
