Bakı. Trend:
Dominikan Respublikasında baş verən qəza nəticəsində ölkə üzrə elektrik enerjisinin tam kəsilməsi qeydə alınıb və milli polis asayişi təmin etmək üçün səfərbər edilib.
Trend xəbər verir ki, yerli “Diario Libre” qəzetinin məlumatına görə, noyabrın 11-də yerli vaxtla saat 19:00-a (Bakı vaxtı ilə 03:00) qədər ölkənin enerji təchizatının yalnız 30 faizindən bir qədər çoxu bərpa olunub.
Dominikanın dövlət enerji şirkəti ETED bildirib ki, fasilə ölkənin şərqində yerləşən iki böyük elektrik stansiyasında qəza nəticəsində yaranıb.
Milli Polis sosial şəbəkədə yaydığı açıqlamada ictimai asayişin qorunması üçün bölmələrin ölkə üzrə yerləşdirildiyini bildirib.
