Bakı. Trend:
İsrail Qəzza bölgəsinə humanitar yardımın daxil olmasını təmin etmək üçün zolağın şimalında yerləşən “Zikim” nəzarət-buraxılış məntəqəsini yenidən açıb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
“Zikim” NBM-in fəaliyyətinin bərpa olunması ilə Qəzza zolağında aktiv vəziyyətdə olan nəzarət-buraxılış məntəqələrinin sayı 3-ə çatıb.
Ərazilərdə Hökumət Fəaliyyətlərinin Əlaqələndirilməsi üzrə Əlaqələndiricinin (COGAT) bəyanatında bildirilir ki, keçid siyasi rəhbərliyin təsdiqi ilə açılıb və humanitar yardım Təhlükəsizlik Nəzarət İdarəsinin yoxlamalarından sonra BMT və beynəlxalq təşkilatlar tərəfindən çatdırılacaq.
