...

ABŞ-da Nümayəndələr Palatası şatdaunun ləğvi ilə bağlı layihəni təsdiqləyib

Dünya xəbərləri Materials 13 Noyabr 2025 06:16 (UTC +04:00)
ABŞ-da Nümayəndələr Palatası şatdaunun ləğvi ilə bağlı layihəni təsdiqləyib

Bakı. Trend:

ABŞ-da 43 gündür davam edən şatdaun bu gün başa çatır.

Trend xəbər verir ki, Nümayəndələr Palatasında hökumətin yanvarın 30-na kimi maliyyələşməsini nəzərdə tutan qanun layihəsi səsverməyə çıxarılıb.

Layihə 222 lehinə, 209 əleyhinə səslə təsdiqlənib. Demokratlar Partiyasının 6 üzvü qanunun lehinə, Respublikaçılar Partiyasından 2 nümayəndə əleyhinə səs verib.

Qanun layihəsi daha əvvəl Senat tərəfindən təsdiqləndiyindən növbəti mərhələdə ABŞ Prezidentinin imzalanması ilə şatdaun dayanacaq. Donald Trampın yaxın saatlarda qanun layihəsini imzalaması gözlənilir.

Xəbər lenti

Xəbər lenti