...

ABŞ 1 sentlərin buraxılışını dayandırıb

Dünya xəbərləri Materials 13 Noyabr 2025 11:01 (UTC +04:00)
ABŞ 1 sentlərin buraxılışını dayandırıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Vaşinqtonun qərarı ilə ABŞ zərbxanaları, o cümlədən Filadelfiya və Denver zərbxanaları 200 ildən çox müddət ərzində döyülmüş bir nominallı sentlərin istehsalını rəsmi olaraq dayandırıb.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, istehsalın dayandırılmasına baxmayaraq buna qədər milyardlarla zərb olunmuş sentlər hələ tədavüldə qalacaq, ən son buraxılan sentlərin isə hərraclara çıxaraılacağı bildirilir.

ABŞ Maliyyə Nazirliyi bu qərarı sent istehsalının maliyyə baxımından səmərəli olmaması ilə əsaslandırıb. Belə ki, mislə cilalanmış zink tərkibli hər penninin (sentin köhnə adı-red) zərb olunması ABŞ hökumətinə 4 sentə başa gəlir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti