...

Avropa İttifaqı "ERA" proqramı çərçivəsində Ukraynaya son maliyyə tranşını köçürüb

Dünya xəbərləri Materials 13 Noyabr 2025 13:03 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqı "ERA" proqramı çərçivəsində Ukraynaya son maliyyə tranşını həyata keçirib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu proqram Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərinin gəlirlərindən maliyyələşdirilirdi.

Bu barədə avrokomissar Valdis Dombrovskis öz rəsmi “X” səhifəsində məlumat verib.

“Bu gün Ukraynaya ödənilən 4,1 milyard avroluq məbləğlə, Avropa İttifaqının "ERA" kredit təşəbbüsünə 18,1 milyard avroluq töhfəsi tamamlanmış oldu. Rusiya aktivlərinin dondurulmuş gəlirlərindən maliyyələşdirilən bu təşəbbüs Ukraynaya özünü müdafiə etməyə, xidmətlərin fəaliyyətini dəstəkləməyə və vacib islahatları irəli aparmağa kömək edir”, – deyə o yazıb.

"Resilience Activity" (ERA) layihəsi ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilmiş və Ukraynanın iqtisadi dayanıqlığını dəstəkləməyə yönəlmişdi. Donald Trampın hakimiyyətə gəlməsindən sonra "USAID" fəaliyyətini dayandırdı və proqramları Dövlət Departamentinin nəzarətinə verildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti