...

Türkiyə Futbol Federasiyası 100-dən çox futbolçunu diskvalifikasiya edib

Dünya xəbərləri Materials 13 Noyabr 2025 17:48 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Futbol Federasiyası (TFF) qanunsuz mərc oyunlarında iştiraka görə 102 futbolçunu diskvalifikasiya edib.

Trend bu barədə TFF-nin mətbuat xidmətinin yaydığı məlumata istinadən xəbər verir.

Məlumata görə, diskvalifikasiya müddətləri 45 gündən 1 ilə qədər dəyişir. Futboldan 12 aylıq müddətə uzaqlaşdırılan oyunçular arasında tanınmışlardan - qapıçılar Əli Şaşal Vural (“Sivasspor”), Orkun Özdemir (“Boluspor”), yarımmüdafiəçi Oktay Aldın (“Amed”), müdafiəçi Abdülsamed Burak (“Kayserispor”) və senegallı hücumçu Alassan Nado (“Konyaspor”) yer alır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti