...

Tramp İsraili Suriya hakimiyyəti ilə dialoqu davam etdirməyə çağırıb

Dünya xəbərləri Materials 1 Dekabr 2025 21:22 (UTC +04:00)
Tramp İsraili Suriya hakimiyyəti ilə dialoqu davam etdirməyə çağırıb

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp İsrailin yeni Suriya hakimiyyəti ilə dialoqu davam etdirməsini son dərəcə vacib hesab etdiyini bildirib.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti "Truth Social" sosial şəbəkəsində yazıb.

"İsrailin Suriya ilə güclü və səmimi dialoq aparması çox vacibdir ki, sonuncunun çiçəklənən bir dövlətə çevrilməsinə heç nə mane olmasın", - deyə o bildirib.

D.Tramp qeyd edib ki, Yaxın Şərqdəki hazırkı vəziyyət vacib bir "tarixi fürsətdir".

Qeyd edək ki, İsrail 2024-cü ilin dekabr ayında Dəməşqdə hakimiyyət dəyişikliyindən sonra qoşunlarını bufer zonasına və Hermon dağının Suriya tərəfinə yerləşdirib. İsrailin Baş naziri Benyamin Netanyahu bunu 1974-cü ildə Suriya ilə imzalanmış qüvvələrin ayrılması haqqında sazişin artıq qüvvədə olmadığını bildirməklə izah edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti