...

Tramp Somalidən olan mühacirləri vətənlərinə geri dönməyə çağırıb

Dünya xəbərləri Materials 3 Dekabr 2025 11:06 (UTC +04:00)
Tramp Somalidən olan mühacirləri vətənlərinə geri dönməyə çağırıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-də hökumətin qanunsuz miqrantlarla mübarizəni sərtləşdirməsi fonunda, Ağ Ev rəhbəri Donald Tramp Miçiqanda sənədsiz yaşayan Somalidən olan mühacirləri vətənlərinə geri dönməyə çağırıb.

Trend bu barədə xarici KİVə istinadən xəbər verir.

“Mən onları ölkəmizdə görmək istəmirəm. Sizə tam səmimi deyirəm, yaxşı? Kimsə deyəcək ki, "bəyanat siyasi cəhətdən düzgün deyil". Mənə fərq eetmir. Mən onları ölkəmizdə görmək istəmirəm”,- Tramp çərşənbə axşamı Nazirlər Kabinetinin iclasında deyib.

KİV yazır ki, Tramp administrasiyası Miçiqan ştatının “İki Şəhər” adlandırılan Minneapolis və Sent-Pol bölgəsində sənədsiz yaşayan somalili miqrantları hədəfə almaq üçün Miqrasiya və Gömrük Mühafizəsi Xidmətinə (ICE) göstəriş verib.

Tramp Somali əsilli miqrantları ölkədə görmək istəmədiyini, çünki onları “ABŞ-a demək olar ki, heç bir töhfə vermədiklərini” bildirib və onları vətənlərinə geri dönməyə səsləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti