...

NATO rəhbəri Ukrayna üçün daha çox Amerika silahları almağa çağırıb

Dünya xəbərləri Materials 3 Dekabr 2025 16:35 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

NATO müttəfiqləri PURL təşəbbüsü çərçivəsində Ukraynaya göndərilməsi üçün ABŞ-dan silah-sursat alışını əhəmiyyətli dərəcədə artırsalar da, Ukraynanın bundan daha çoxuna ehtiyacı var və müttəfiqlər hərbi avadanlığın tədarükünü daha da çoxaltmalıdırlar.

Trend xəbər verir ki, bu barədə Brüsseldə NATO baş katibi Mark Rütte danışıb.

İndiyə kimi 20-dən çox ölkə PURL təşəbbüsünü dəstəkləyib və Rüttenin sözlərinə görə, “bu günki (sammitdə) daha çox öhdəliyin veriləcəyi gözlənilir”. Söhbət dekabrın 3-də Brüsselə alyansın xarici işlər nazirlərinin zirvə toplantısından gedir.

Qeyd edək ki, Prioritized Ukraine Requirements List (PURL) 2025-ci ilin yayında NATO və Birləşmiş Ştatlar tərəfindən yaradılmış mexanizmdir. Məqsədi , hava hücumlarından müdafiə sistemləri, yüksək dəqiqlikli silahlar daxil olmaqla Ukraynanın ən təcili hərbi ehtiyaclarını ödəməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti