...

Vaşinqtondakı silahlı insidentin əfqan xalqı ilə əlaqəsi yoxdur - Taliban

Dünya xəbərləri Materials 3 Dekabr 2025 18:50 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-nin paytaxtı Vaşinqtonda Milli Qvardiya üzvlərinin güllələnməsi ilə bağlı ittiham olunan əfqan mənşəli miqrant barədə Taliban hökumətindən ilk açıqlama gəlib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, Talibanın xarici işlər naziri Əmir Xan Muttaki hadisənin nə Əfqanıstan xalqı, nə də hökuməti ilə əlaqəsi olmadığını bildirib.

“Bu hadisənin Əfqanıstanın şərəfli xalqı və ya Əfqanıstan hökuməti ilə heç bir bağlılığı yoxdur. Bu, fərdi cinayət əməlidir”, - deyə o qeyd edib.

Xatırladaq ki, əfqan əsilli şübhəli – Rəhmanullah Lakanval noyabrın 26-da Vaşinqtonun mərkəzində, admiral Devid Farraqutun adını daşıyan meydanın yaxınlığında Milli Qvardiya hərbçilərinə atəş açıb. Hadisə Ağ Evdən təxminən 300 metr məsafədə baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti