Bakı.Trend:
ABŞ-nin Dövlət Departamenti Sülh İnstitutuna (Institute of Peace –ing.) Ağ Ev rəhbəri Donald Trampın adını verib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
“Bu gün səhər Dövlət Departamenti keçmiş Sülh İnstitutunu ölkəmizin tarixində ən böyük danışıqlar aparan şəxsinin adına uyğun olaraq yenidən adlandırdı. Donald C. Tramp adına Sülh İnstitutuna xoş gəlmisiniz. Ən yaxşısı hələ qabaqdadır”, – qurumun "X" sosial şəbəkəsindəki paylaşımında bildirilir.
Bu müstəqil, qeyri-kommersiya təşkilatı 1984-cü ildə ABŞ Konqresi tərəfindən təsis edilib. İnstitutun məqsədi Birləşmiş Ştatlar hakimiyyəti tərəfindən dünyada münaqişələrin həlli istiqamətində atılan addımları dəstəkləməkdir.
