...

İslandiya “Eurovision-2026”da iştirakdan imtina edib

Dünya xəbərləri Materials 11 Dekabr 2025 00:04 (UTC +04:00)
İslandiya “Eurovision-2026”da iştirakdan imtina edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İslandiya 2026-cı ildə Vyanada keçiriləcək “Eurovision-2026” mahnı müsabiqəsinə İsrailin iştirak hüququna etiraz olaraq təmsilçi göndərməyəcək.

Trend xəbər verir ki, bu barədə Avstriyanın “Der Standard” qəzeti yayıb.

Beləliklə, İslandiya bu səbəbdən müsabiqədən geri çəkilən Avropa Yayım İttifaqının beşinci üzvü olacaq. Daha əvvəl Niderland, İspaniya, Sloveniya və İrlandiya da eyni mövqelərini açıqlamışdılar.

Məlumata görə, müsabiqənin 70-ci yubileyi 2026-cı ildə Vyanada keçiriləcək. İsrailin Qəzza zolağındakı hərəkətləri səbəbindən bir neçə ölkə tədbiri boykot edir.

Qeyd edək ki, Vyana 1967 və 2015-ci illərdən sonra bu beynəlxalq musiqi müsabiqəsinə üçüncü dəfə ev sahibliyi edəcək.

Xəbər lenti

Xəbər lenti