...

FED uçot faizini 3,5-3,75%-ə endirib

Dünya xəbərləri Materials 11 Dekabr 2025 03:32 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Amerika Birləşmiş Ştatlarının mərkəzi bank funksiyalarını yerinə yetirən Federal Ehtiyat Sistemi (FED) uçot faiz dərəcəsini illik 3,5-3,75% aralığına endirib.

Trend xəbər verir ki, bu barədə maliyyə qurumunun Açıq Bazar Əməliyyatları üzrə Federal Komitəsinin (FOMC) iclasının nəticələrinə dair bəyanatda bildirilib.

Bundan əlavə, 2025-ci ildə ABŞ-da ÜDM-in artımı proqnozu 1,6%-dən 1,7%-ə qədər artırılıb. İnflyasiya proqnozu isə 3%-dən 2,9%-ə endirilib. FED işsizlik proqnozunu 4,5% səviyyəsində saxlayıb.

Qeyd edək ki, 29 oktyabrda FED faiz dərəcəsini illik 3,75-4% aralığına endirmişdi.

Xəbər lenti

Xəbər lenti