Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp “Qızıl kart”ın istifadəyə verildiyini açıqlayıb.
Trend xəbər verir ki, o, bununla bağlı çox həyəcanlı olduğunu bildirib.
Tramp deyib: “Bütün vəsaitlər ABŞ hökumətinə gedəcək. Bu, çox böyük məbləğdə pul ola bilər” və əlavə edib ki, bu kart “Yaşıl kart”a (“Green Card”) bənzəsə də, ondan daha üstün olacaq.
“Qızıl kart” azı bir milyon dollar ödəməklə xarici vətəndaşlara ABŞ-də yaşamaq imkanı verir.
