...

Tailand Kral Hərbi Hava Qüvvələri Kamboca mövqelərinə hava zərbələri endirib

Dünya xəbərləri Materials 11 Dekabr 2025 08:34 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Tailand Kral Hərbi Hava Qüvvələri sərhəd bölgələrində Kamboca ordusunun artilleriya atəşinə cavab olaraq hava zərbələri həyata keçirib.

Trend xəbər verir ki, bu barədə Tailandın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hava zərbələri yalnız komanda məntəqələri, pilotsuz uçan aparatların idarəetmə obyektləri, eləcə də silah və sursat anbarlarına endirilib. Nazirlik vurğulayıb ki, zərbələr zamanı heç bir mülki hədəf nəzərdə tutulmayıb.

Kral Hərbi Hava Qüvvələrinin sözçüsü Çakkrit Thammavişay bildirib ki, kəşfiyyat tərəfindən qaçılmaz təhlükə təsdiqlənərsə, hava qüvvələri Kamboca daxilində əməliyyatlar keçirməyə tam hazırdır.

Xatırladaq ki, bundan əvvəl Kamboca qüvvələri ağır artilleriya və çoxsaylı reaktiv yaylım atəşi sistemlərindən istifadə edərək, Tailandın dörd sərhəd əyalətində yerləşən 12 mövqeyini intensiv atəşə tutub. Tailand Kral Silahlı Qüvvələrinin Baş Qərargahı əlavə edib ki, Kamboca hazırda sərhəd ərazilərinə 130 km mənzilli, 300 mm çaplı raketlərlə təchiz edilmiş PHL-03 tipli çoxsaylı raket buraxılış sistemləri yerləşdirir.

Xəbər lenti

Xəbər lenti