...

Avropa İttifaqı Rusiyanın "kölgə donanmasına" qarşı mübarizəni gücləndirməyə hazırlaşır

Dünya xəbərləri Materials 12 Dekabr 2025 13:05 (UTC +04:00)
Avropa İttifaqı Rusiyanın "kölgə donanmasına" qarşı mübarizəni gücləndirməyə hazırlaşır
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) Rusiyanın “kölgə donanması”na qarşı mübarizə aparmaq üçün dəniz hüququnun daha sərt şəkildə tətbiqinə başlamağı planlaşdırır.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“Müzakirə mərhələsində olan Aİ ölkələri arasında razılaşdırılan bəyannamə layihəsinə əsasən, Aİ Moskvanın kölgə donanmasına zərbə vurmağa və mövcud beynəlxalq dəniz hüququnu daha sərt tətbiq etməklə onun hərbi gəlirlərini azaltmağa hazırlaşır”, - deyə “Euractiv” nəşrinin öz mənbələrinə istinadən verdiyi məlumatda qeyd olunur.

Qeyd olunur ki, hazırda BMT-nin Dəniz Hüququ Haqqında Konvensiyasının Aİ ölkələrinin hakimiyyət orqanlarına sualtı kabellərə və boru kəmərlərinə təhlükə yaratmaqda “şübhəli bilinən” gəmiləri yoxlamaq üçün daha geniş səlahiyyətlər verən şərhi hazırlanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti