...

Ulduzlararası 3I/ATLAS obyekti Yerə ən yaxın məsafədən bu gün keçəcək

Dünya xəbərləri Materials 19 Dekabr 2025 05:10 (UTC +04:00)
Ulduzlararası 3I/ATLAS obyekti Yerə ən yaxın məsafədən bu gün keçəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ulduzlararası 3I/ATLAS obyekti 19 dekabr səhər tezdən Yerə ən yaxın məsafədən keçəcək.

Trend xəbər verir ki, hazırda obyekt Yerə ən yaxın nöqtəyə cəmi üç günlük məsafədədir ki, bu da keçidin vaxtını yüksək dəqiqliklə müəyyən etməyə imkan verir.

Məlumata görə, səma cisminin planetə ən yaxın məsafədən 19 dekabrda Bakı vaxtı ilə təxminən saat 08:00-da keçəcəyi gözlənilir.

Qeyd olunur ki, dekabrın 16-dan 22-dək səma cismi ilə Yer arasındakı məsafə 500 min kilometr daxilində, demək olar ki, sabit qalacaq. Bu müddətdən sonra isə 3I/ATLAS obyekti planetdən sürətlə uzaqlaşmağa başlayacaq.

Xəbər lenti

Xəbər lenti