...

"TikTok" ABŞ əməliyyatlarını amerikalı investorlara satacaq

Dünya xəbərləri Materials 19 Dekabr 2025 06:47 (UTC +04:00)
"TikTok" ABŞ əməliyyatlarını amerikalı investorlara satacaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"TikTok" sosial şəbəkə platforması ABŞ-dakı əməliyyatlarını bir qrup amerikalı investora satmağa razılaşıb.

Trend xəbər verir ki, bu barədə Axios portalı şirkətin daxili sənədinə istinadən məlumat yayıb.

Sövdələşmənin gələn il yanvarın 22-də bağlanması gözlənilir. Şərtlərə əsasən, Oracle, Silver Lake və Əbu-Dabidə yerləşən MGX "TikTok"un ABŞ-dəki törəmə şirkətində birgə 45% paya sahib olacaq. Daha 20% pay onun ana şirkəti ByteDance-ə məxsus olacaq, qalan hissə isə ByteDance ilə əlaqəli investorlara gedəcək.

Qeyd olunur ki, sentyabrın 5-də ABŞ Prezidenti Donald Tramp Çinin sosial şəbəkə platforması "TikTok"un ölkədəki nəzarətini Amerika biznesinə ötürəcək müqaviləni təsdiqləyən sərəncam imzalayıb. Yeni strukturda ABŞ vətəndaşları ən böyük paya və nəzarətə sahib olacaqlar, ByteDance isə 20%-dən az paya sahib olacaq.

Xəbər lenti

Xəbər lenti