...

ABŞ “green card” proqramını bu səbəbə görə dayandırır

Dünya xəbərləri Materials 19 Dekabr 2025 09:49 (UTC +04:00)
ABŞ “green card” proqramını bu səbəbə görə dayandırır
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ höküməti Braun Universitetində silahlı hücum həyata keçirməkdə şübhəli bilinən şəxsi ölkəyə məhz “green card”la gəldiyinə görə bu proqramı dayandırır.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Daxili Təhlükəsizlik naziri Kristi Noem öz rəsmi “X” səhifəsində yazıb.

Noem bildirib ki, ABŞ prezidenti Donald Trampın göstərişi ilə ölkənin Vətəndaşlıq və İmmiqrasiya Xidmətinə (USCIS) DV1 proqramlarını dərhal dayandırmaq barədə göstəriş verib.

Nazirin sözlərinə görə, müvafiq qərar amerikalı vətəndaşlara “bu zərərli proqram səbəbindən artıq ziyan dəyməməsini” təmin etmək məqsədilə qəbul edilib:

"Braun Universitetində baş vermiş atışmada şübhəli bilinən Klaudio Nevis Valenti 2017-ci ildə bu proqram çərçivəsində ABŞ-a gələrək “yaşıl kart” alıb".

ABŞ-nin Rod-Aylend ştatının Providens şəhərində yerləşən Braun Universitetində atışma 13 dekabr tarixində baş verib. Hücum nəticəsində iki nəfər həyatını itirib, doqquz nəfər isə yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti