...

Nigeriyada məsciddə partlayış baş verib, ölənlər var

Dünya xəbərləri Materials 25 Dekabr 2025 00:36 (UTC +04:00)

Bakı. Trend:

Nigeriyanın şimal-şərqində, axşam namazı zamanı məsciddə partlayış baş verib.

Trend xarici mediaya istinadla xəbər verir ki, Borno ştatının paytaxtı Mayduquri şəhərində, əsas Qamboru bazarında yerləşən məsciddə namaz qılınarkən əvvəlcədən yerləşdirildiyi ehtimal edilən partlayıcı qurğular işə düşüb.

Partlayış yerli vaxtla təxminən saat 18:00-da baş verib.

“İzvestiya”nın AFP-yə istinadla verdiyi məlumata görə, partlayış nəticəsində azı yeddi nəfər həlak olub.

Xəbər lenti

Xəbər lenti