Bakı. Trend:
"X" sosial şəbəkəsində Polşa Prezidenti Karol Navrotski və respublikanın baş naziri Donald Tusk arasında siyasət və tarix mövzusunda qızğın polemika yaranıb.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Polşalı dövlət başçısı, ilk dəfə deyil ki, kollektiv Qərbi Polşa üçün əsas təhdid adlandırır. Prezidentin bu sözlərini şərh edən Tusk, hakim koalisiya ilə anti-Avropa blok arasında suverenlik, dəyərlər, Şərq və ya Qərb seçimi ilə bağlı ciddi mübahisənin getdiyinə diqqət çəkib.
Navrotski, baş nazirin bu açıqlamasına operativ reaksiya verib və etiraf edib ki, Tuskun tarix fakültəsinin məzunu olmasına inanmaqda çətinlik çəkir.
"Siz Boleslav Xrabranı Şərq və Qərbdə mübarizədə, Böyük Polşa üsyançılarını isə almanlara (hərçənd onlar da Qərbə aiddir) qarşı Polşa uğrunda mübarizədə ittiham edirsiniz?", - deyə o soruşub.
Navrotski, Alman imperatorlarına və Kiyev Rusuna qarşı çıxan Polşanın ilk kralı Boleslav I-i nəzərdə tutub. "Böyük Polşa üsyançıları" dedikdə isə, dövlət başçısı XVIII, XIX və XX əsrlərdə müstəqillik uğrunda mübarizə aparanları nəzərdə tutub.
Prezident əlavə edib ki, Tusk "qəsdən münaqişə yaradır".
Bununla yanaşı, o, baş nazirə xoş bazar günü arzulayıb, Tusk isə cavab olaraq "şirin yuxular" yazıb. Navrotski, Tuskun son sözü deməsinə imkan verməyərək, ona da sakit gecə arzulayıb.
