Bakı. Trend:
Tailand iyul ayında sərhəd münaqişəsi zamanı əsir götürülən 18 Kamboca hərbçisini qarşı tərəfə təhvil verib.
Trend xəbər verir ki, bu barədə Tailand Xarici İşlər Nazirliyi məlumat yayıb.
XİN-dən bildirilib ki, 18 kambocalı hərbçinin ölkələrinə qaytarılması xoşməramlılıq və etimadın qurulması əlamətidir və proses beynəlxalq humanitar prinsiplərə uyğun şəkildə həyata keçirilib.
Qeyd edək ki, Kamboca və Tailand iki ölkənin Baş Sərhəd Komitəsinin üçüncü xüsusi iclasından sonra dekabrın 27-də atəşkəs barədə razılığa gəliblər.
