...

Dünyanın ən varlı insanları bir ildə sərvətlərini 2,2 trilyon dollar artırıblar

Dünya xəbərləri Materials 1 Yanvar 2026 08:55 (UTC +04:00)

Bakı. Trend:

Səhmlərdən tutmuş kriptovalyutalara və qiymətli metallara qədər bazarların sürətlə inkişaf etməsi fonunda dünyanın ən varlı 500 insanının sərvəti 2025-ci ilə qədər rekord həddə - 2,2 trilyon dollar artıb.

Trend-in məlumatına görə, bu barədə "Bloomberg" agentliyinin milyarderlər İndeksində qeyd olunub.

Məlumata əsasən, onların ümumi kapitalı 11,9 trilyon dollara çatıb.

Artımın təxminən dörddə biri Amerika şirkətinin həmtəsisçisi və ən böyük səhmdarı Oracle (ORCL) Larri Ellison, "Tesla" şirkətinin baş direktoru İlon Mask, "Google"un həmtəsisçisi Larri Peyc və "Amazon"un qurucusu Jeff Bezos da daxil olmaqla səkkiz nəfərin payın düşüb.

"Bloomberg" agetliyi ilin sonuna qədər ən uğurlu milyarderlər kimi L.Ellisonu (xalis sərvəti 249,8 milyard dollar, illik gəliri 57,7 milyard dollar), İ.Maskı (622,7 milyard dollar və 190,3 milyard dollar), Avstraliyalı iş adamı Cina Raynhartı (37,7 milyard dollar və 12,6 milyard dollar), eləcə də ABŞ prezidenti Donald Trampı və ailəsini (6,8 milyard dollar və 282 milyon dollar) qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti