Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Vaşinqton Milli Park Xidməti ilə Milli Qolf Fondu (NLT) arasında ictimai qolf meydançalarının icarə müqaviləsini ləğv edib. Bu qərar Amerika liderinin həmin əraziləri yenidən inkişaf etdirmək niyyətində olduğu barədə xəbərlər fonunda qəbul olunub.
Trend xəbər verir ki, bu barədə NLT-nin mətbuat xidməti məlumat yayıb.
Bəyanatda qeyd olunub ki, “NLT Tramp administrasiyasının Milli Park Xidməti ilə bağlanmış 50 illik icarə müqaviləmizi ləğv etmək qərarından dərin kədər hissi keçirir. Beş il əvvəl Rok Krik, Şərqi Potomak və Lenqston Qolf Meydançalarının idarəçiliyini üzərinə götürdüyümüz vaxtdan bəri, fond bütün icarə öhdəliklərini sədaqətlə yerinə yetirib və Vaşinqtonda ictimai qolfun mümkün olan ən yaxşı gələcəyini təmin etməyə çalışıb”.
NLT eyni zamanda Trampın fondun icarə şərtlərini pozması ilə bağlı irəli sürdüyü ittihamlarla razılaşmadığını da vurğulayıb.
