...

Venesuela valyutası il ərzində 479 faiz ucuzlaşıb

Dünya xəbərləri Materials 3 Yanvar 2026 04:42 (UTC +04:00)
Venesuela valyutası il ərzində 479 faiz ucuzlaşıb

Bakı. Trend:

Venesuela valyutası 2025-ci ildə dollara nisbətdə 479 faiz ucuzlaşıb.

Trend-in məlumatına görə, bu barədə Venesuela Mərkəzi Bankı məlumat yayıb. 2025-ci ilin yanvarında 1 ABŞ dolları 52 bolivar olduğu halda, hazırda rəsmi kurs 301 bolivardır. Qara bazarda isə qiymət rəsmi kursdan 80 faiz yüksəkdir.

Müstəqil ekspertlər ötən il ölkədə inflyasiyanın 500 faizi ötdüyünü iddia edirlər. Mərkəzi Bank 2 ildir inflyasiya ilə bağlı rəqəmləri ictimailəşdirmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti