...

Uitkoff və Kuşner Ukrayna ilə bağlı müzakirələr üçün Parisə yollanır

Dünya xəbərləri Materials 6 Yanvar 2026 15:15 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner Ukraynaya yardım göstərilməsi məqsədilə yaradılan “istəklilər koalisiyası”nın Parisdəki görüşündə iştirak edəcəklər.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata əsasən, tərəflər ehtimal olunan atəşkəsin parametrlərinə dair vahid baxışı, onun mümkün pozuntularına reaksiyanı, həmçinin Ukraynanın təhlükəsizliyinin təmin edilməsi üçün çoxmillətli qüvvələrin yerləşdirilməsi imkanını müzakirə edəcəklər.

Qeyd edək ki, yanvarın 6-da Parisdə Avropa İttifaqı liderlərinin sammiti keçiriləcək. Sammit iştirakçıları Ukrayna üçün təhlükəsizlik zəmanətlərini müzakirə edəcəklər. Ukrayna Prezidenti Volodimir Zelenski dekabrın 30-da bəyan edib ki, təhlükəsizlik zəmanətləri monitorinq missiyasının yaradılmasını və sülh sazişinin pozulması halında müttəfiqlərin reaksiyasını nəzərdə tutan mexanizmləri əhatə etməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti