Bakı. Trend:
Futbol üzrə Türkiyə Superkubokunda yarımfinalın digər oyunu keçirilib. “Fənərbağça” finala gedən yolda “Samsunspor”la üz-üzə gəlib.
Trend xəbər verir ki, “Yeni Adana” arenasında keçirilən qarşılaşma İstanbul klubunun 2:0 hesablı inamlı qələbəsi ilə başa çatıb. Qolları Kərəm Aktürkoğlu və Con Duran vurublar.
Bu nəticə ilə “Fənərbağça” Superkubok finalında “Qalatasaray”ın rəqibi olub. İstanbul derbisi yanvarın 10-da Atatürk Olimpiya Stadionunda oynanılacaq.
