...

NATO rəhbəri ABŞ-nin Qrenlandiyaya əlavə qoşun göndərməsi təklifinə münasibət bildirib

Dünya xəbərləri Materials 7 Yanvar 2026 16:43 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Qrenlandiyaya əlavə şəxsi heyət yerləşdirməsi məsələsi müzakirələrə açıqdır.

Trend xəbər verir ki, bunu NATO baş katibi Mark Rütte ABŞ telekanalına verdiyi müsahibədə deyib.

“Konkret Qrenlandiyaya gəlincə , mən bilirəm ki, mən bilirəm ki, əlavə Amerika qoşunlarının ora yerləşdirilməsi ilə bağlı müzakirələr tam şəkildə açıqdır. Bununla bağlı heç bir problem yoxdur”, – deyə o qeyd edib və müvafiq razılaşmaların mövcud olduğunu əlavə edib.

Qeyd edək ki, bundan əvvəl “Reuters” agentliyi Ağ Evə istinadən xəbər vermişdi ki, ABŞ hakimiyyəti Qrenlandiyanın əldə edilməsi ilə bağlı bir neçə ssenarini, o cümlədən silahlı qüvvələrdən istifadə variantını nəzərdən keçirir.

Fransanın xarici işlər naziri Jan-Noel Barro isə bildirib ki, ABŞ-ın dövlət katibi Marko Rubio Qrenlandiyaya Amerika qoşunlarının yeridilməyəcəyinə və Venesuelada olduğu kimi orada hərbi əməliyyata başlanılmayacağına dair söz verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti