Bakı. Trend:
Böyük Britaniya Silahlı Qüvvələrinin Müdafiə Qərargahının rəisi, hava marşalı Riçard Nayton bildirib ki, münaqişə bitərsə, Ukraynanın təhlükəsizliyinə əmin olmadığı təqdirdə, ona qoşun göndərməyəcək.
Trend-in məlumatına görə, bu barədə "Sky News" televiziya kanalı xəbər verib.
"Hərbi komandanlığın nazirlərin dəstəyi ilə qərarlar qəbul edərkən vəzifəsi təhlükə səviyyəsini qiymətləndirmək və yerləşdirilmənin faydalarının mümkün risklərdən daha çox olduğunu təmin etməkdir", - deyə o bildirib.
R.Nayton bildirib ki, Ukraynadakı Britaniya qoşunları üçün kifayət qədər təhlükəsizliyin təmin olunmasına inam olsa da, "real əməliyyat mühitində sıfır risk kimi bir şey yoxdur".