...

Bolqarıstan Prezidenti Rumen Radev istefasını elan edib

Dünya xəbərləri Materials 19 Yanvar 2026 21:28 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bolqarıstan Prezidenti Rumen Radev istefa elan edib.

Trend-in məlumatına görə, Bolqarıstan liderinin bu barədə xalqa müraciətinin birbaşa yayımı Radevin “Facebook” səhifəsində yayımlanıb.

“Bu gün mən sonuncu dəfə Bolqarıstan Prezidenti kimi sizə müraciət edirəm. Bağışlanmağımı diləyirəm. Zaman sizin etimadınızı sınağa çəkdi və mən səbrinizə görə sizə təşəkkür edirəm”, – deyə Radev bildirib.

O, həmçinin fəaliyyəti dövründə səhvlərə yol verdiyini və başladığı işi sona çatdıra bilmədiyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti