Bakı. Trend:
Cari İran ilinin 9 ayı ərzində (20 mart -21 dekabr 2025) İranın Azərbaycandan məhsul idxalı ötən ilin analoji dövrü ilə (21 mart -20 dekabr 2024) müqayisədə dəyər baxımından 63%, çəki baxımından 59% azalıb.
Trend bu barədə İranın Gömrük Administrasiyasının statistikasına istinadən xəbər verir.
Statistikaya əsasən, 9 ay ərzində İranın Azərbaycandan məhsul idxalı təxminən 9,67 milyon dollar dəyərində 4,34 min ton təşkil edib.
Məlumata görə, ötən ilin analoji dövründə İran Azərbaycandan 26,2 milyon dollar dəyərində 10,7 min ton məhsul idxal edib.
Statistikada qeyd olunur ki, İran Azərbaycandan müxtəlif avadanlıqlar, sıxılmış soya, müxtəlif növ profillər və sairə məhsullar idxal edib.
Belə ki, 9 ay ərzində İranın Azərbaycanla qeyri-neft məhsul ticarəti 445 milyon dollar dəyərində təxminən 651 min ton təşkil edib. Ticarət dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə dəyər baxımından 17%, çəki baxımından 1,48% azalıb.
Əlavə edək ki, İran Gömrük Administrasiyasının bildirdiyinə görə, 9 ayda İranın məhsul idxalı təxminən 44,2 milyard dollar dəyərində 29,3 milyon ton təşkil edib. Məhsul idxalı ötən ilin analoji dövrü ilə müqayisədə dəyər baxımından 15,2% azalıb, çəki baxımından 2,75% artıb.
