Bakı. Trend:
ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Den Keyn Qərb yarımkürəsinin bir sıra ölkələrindən olan həmkarlarını, həmçinin Böyük Britaniya və Fransanı fevralın 11-də Vaşinqtonda keçiriləcək görüşə dəvət edib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, görüş narkokartellərə və digər mütəşəkkil cinayətkar qruplaşmalara qarşı mübarizəyə həsr olunacaq.
ABŞ Müdafiə Nazirliyinin açıqlamasına əsasən, 34 ölkənin qərargah rəisləri və yüksək rütbəli hərbi nümayəndələri ümumi təhlükəsizlik prioritetləri barədə vahid anlayış formalaşdırmaq və regional təhlükəsizliyi gücləndirmək məqsədilə bir araya gələcəklər.
Nazirlik əlavə edib ki, görüş iştirakçıları möhkəm tərəfdaşlığın, dayanıqlı əməkdaşlığın və birgə səylərin cinayətkar və terrorçu təşkilatlara, habelə regional təhlükəsizlik və sabitliyi pozan xarici oyunçulara qarşı mübarizə baxımından nə dərəcədə vacib olduğunu müzakirə edəcəklər.
