Bakı. Trend:
Hindistan hakimiyyəti Qərbi Benqal ştatının şərqində təhlükəli "Nipah" virusunun yayılmasının qarşısını almaq üçün tədbirlər görməyə başlayıb.
Trend-in məlumatına görə, bu barədə "The Independent" qəzeti xəbər verib.
Məlumata əsasən, "Nipah" virusuna yoluxma hallarının sayı beşə çatıb.
Nəşr qeyd edib ki, Qərbi Benqalda həkimlər və tibb bacıları da daxil olmaqla beş yoluxma halı təsdiqlənib. Qeyd edilib ki, 100-dən çox insan karantinə alınıb, yoluxmuş xəstələr müalicə alır.