...

Tramp administrasiyası “USA Rare Earth” şirkətinə 1,6 milyard dollar sərmayə yatırmağı planlaşdırır

Dünya xəbərləri Materials 25 Yanvar 2026 19:57 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Tramp administrasiyası vacib mineral ehtiyatlarının təmin edilməsi məqsədilə özəl “USA Rare Earth” şirkətinə 1,6 milyard dollar həcmində investisiya qoymağı planlaşdırır.

Trend xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.

Məlumata görə, “USA Rare Earth” şirkəti Texas ştatında elektronika və silah istehsalında istifadə olunan 17 nadir torpaq elementindən 15-ni ehtiva edən yatağı inkişaf etdirir. Şirkət eyni zamanda Oklahomada maqnit istehsalı zavodu tikməyi planlaşdırır.

Bildirilir ki, sazişin, eləcə də 1 milyard dollardan çox məbləğdə ayrıca özəl maliyyələşdirmənin yanvarın 26-da elan olunacağı gözlənilir.

ABŞ Ticarət Nazirliyinin sözçüsü qeyd edib ki, hökumət yarımkeçirici təchizat zənciri və ölkənin milli təhlükəsizliyi üçün mühüm əhəmiyyət daşıyan vacib və strateji mineralların bərpasına diqqət yetirir.

Qəzetin məlumatına görə, 1,6 milyard dolların 277 milyon dolları “USA Rare Earth” şirkətinin səhmlərinin alınmasına yönəldiləcək və bununla da hökumət şirkətin təxminən 10 faizinə sahib olacaq. Qalan 1,3 milyard dollar isə faizlə birlikdə geri qaytarılmalı olan kredit şəklində təqdim ediləcək.

Xəbər lenti

Xəbər lenti