Bakı. Trend:
İraqda prezident seçkiləri 27 yanvar 2026-cı ildə keçiriləcək.
Trend xəbər verir ki, bu barədə İraq parlamentinin sədri Heybət əl-Halbusi məlumat verib.
İraq prezidentliyinə namizədlərin son siyahısına 19 nəfər daxildir.
Qeyd edək ki, İraqda ölkə prezidenti parlamentdə millət vəkillərinin səsverməsi ilə seçilir.