Bakı. Trend:
ABŞ Prezidenti Donald Trampın Administrasiyası Qrenlandiya adasının hərbi yolla ilhaq edilməsinin mümkünlüyünü nəzərdən keçirir.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
“Reuters”in yazdığına görə, ABŞ, Danimarka və Qrenlandiyadan olan nümayəndələrin ada ilə bağlı dekabr ayında keçirilən üçtərəfli görüşü pozitiv ab-havada keçməsinə rəğmən, danışıqlardan iki həftə sonra Vaşinqtonun ritorikası dəyişib.
Agentlik qeyd edir ki, görüşdə adanın pul müqabilində və ya hərbi yolla ilhaqı məsələsi qaldırılmayıb, lakin güc tətbiqinə əsaslanan ssenarilər üzrə planlar hələ də araşdırılır.
