Bakı. Trend:
ABŞ İran yaxınlığında böyük qüvvələr cəmləşdirib və Tehranın dialoqa hazır olduğuna əminliyini bildirib.
Trend-in məlumatına görə, bu barədə D.Tramp "Axios" portalına müsahibəsində deyib.
"İran yaxınlığında böyük bir armadamız var. Venesuela yaxınlığındakı Amerika qüvvələrindən daha çoxdur", - deyə o bildirib.
Tramp İran hökumətinə istinad edərək əlavə edib ki, "Onlar razılaşma əldə etmək istəyirlər. Bilirəm. Dəfələrlə zəng ediblər. Danışmaq istəyirlər." Prezident hansı potensial razılaşmaları nəzərdə tutduğunu dəqiqləşdirməyib.