Bakı. Trend:
İnterpol 10-21 noyabr 2025-ci ildə keçirdiyi əməliyyatlarla bağlı məlumat yayıb.
Trend-in məlumatına görə, Baş ofisi Fransanın Lyon şəhərində yerləşən təşkilatın hazırladığı “Liberterra III” əməliyyatı 119 ölkədə eyni vaxtda icra olunub. Əməliyyatda hüquq-mühafizə orqanlarının 14 mindən çox əməkdaşı iştirak edib.
Əməliyyatlar zamanı axtarışda olan 3700 nəfər saxlanılıb, 4700 nəfər zərərçəkən mühafizə altına alınıb, 13 min nəfərədək qanunsuz miqrant aşkar edilib.