...

Tramp İranı daha dağıdıcı əməliyyatla hədələdi

Dünya xəbərləri Materials 28 Yanvar 2026 16:58 (UTC +04:00)
Tramp İranı daha dağıdıcı əməliyyatla hədələdi
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Böyük bir armada İran istiqamətində hərəkət edir.

Trend xəbər verir ki, bunu Ağ Ev rəhbəri Donald Tramp öz “Truth Social” sosial şəbəkə hesabında yazıb.

Tramp 2025-ci ilin iyun ayında ABŞ-nin İslam Respublikasında “Gecəyarısı çəkici” (Midnight Hammer) adlı əməliyyat həyata keçirdiyini xatırladıb .

“Növbəti hücum daha da ağır olacaq. Buna yol verməyin”, – deyə o əlavə edib.

“Gecəyarısı çəkici” (Operation Midnight Hammer) 2025-ci ilin 22 iyununda ABŞ hərbi qüvvələri tərəfindən İranın üç əsas nüvə obyektinə - Fordo, Nətanz və İsfahan nüvə komplekslərinə zərbələrin endirilməsi ilə müşayiət olunmuş əməliyyatdır. ABŞ-ın “B-2 Stealth” bombardmançıları həmin oybektləri 14 30 000 funt çəkili GBU-57 “bunker buster” bombaları ilə hədəfə alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti