Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp İranın danışıqlar masasına qayıdacağına ümid edir.
Trend xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri öz “Truth Social” sosial şəbəkə hesabında yazıb.
ABŞ Prezidenti nüvə silahından imtinanı nəzərdə tutuan sazişin bağlanacağına inanır.
“O ümid edirəm ki, İran tezliklə danışıqlar masasına əyləşəcək və bütün tərəflər üçün faydalı, ədalətli və bərabərhüquqlu, nüvə silahından azad saziş bağlayacaq. Vaxt bitmək üzrədir, bu həqiqətən həlledici əhəmiyyət kəsb edir!” – o, "Truth Social"da yazıb.
