...

Türkiyədə böyük fabrik yanır

Dünya xəbərləri Materials 29 Yanvar 2026 09:14 (UTC +04:00)
Türkiyədə böyük fabrik yanır
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Bursa şəhərinin Nilufer Sənaye zonasında kimyəvi səth örtükləri istehsal edən fabrikdə güclü yanğın meydana gəlib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Fabrik gecə saatlarından bəri alovlara qərq olub. Hadisə yerinə çoxsaylı yanğınsöndürmə briqadaları, təcili tibbi yardım əməkdaşları və polis qüvvələri cəlb olunub.

Polis əməkdaşları ərazidə təhlükəsizlik tədbirləri görür, yanğınsöndürmə xidmətinin isə alovun söndürülməsi istiqamətində müdaxiləsi isə davam edir.

Yanğının səbəbi hələlik məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti