...

Tramp Putindən Kiyevə bir həftə hücum etməməyi xahiş etdi

Dünya xəbərləri Materials 29 Yanvar 2026 22:32 (UTC +04:00)
Tramp Putindən Kiyevə bir həftə hücum etməməyi xahiş etdi

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putindən rekord dərəcədə şaxtalı hava səbəbindən Kiyevə və Ukraynanın digər şəhərlərinə hücumları bir həftə müddətinə dayandırmasını şəxsən xahiş etdiyini bildirib.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Ağ Evdə deyib.

"Mən şəxsən prezident Putindən xahiş etdim ki, bu müddət ərzində Kiyevi və digər şəhər və qəsəbələri bir həftə ərzində atəşə tutmasın. Bu sadəcə soyuq hava deyil. İnanılmaz dərəcədə soyuqlardır. Orada rekord həddə şaxtalar da var", - deyə o bildirib.

Tramp əlavə ki, Rusiya prezidenti "bunu etməyə razılaşıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti